Koronavirusun əsas simptomları arasında yüksək qızdırma, quru öskürək, kəskin zəiflik və təngənəfəslikdir (ağır gedişatı zamanı).
Bundan əlavə xəstədə əzələ, boğaz və baş ağrıları, iybilmə və dadbilmənin itməsi, burun tutulması, ishal, dəridə səpgilər və s. kimi simptomlar da meydana çıxa bilər.
Hazırda koronavirusun simptomlarının siyahısı növbəti dəfə yenilənib. Saglamolun.az Express nəşrinə istinadla bildirir ki, yeni elmi araşdırmanın nəticələrinə görə, koronavirus ağız boşluğunu də zədələyir və xüsusilə ağız suyu vəzilərində iltihab yaradır.
Alimlər aşkar ediblər ki, koronavirus məhz tərkibində virus olan ağız suyu ilə ağciyərə və həzm sisteminə daxil olur.
Mütəxəssislər qeyd edirlər ki, ağız boşluğunda koronavirusun sürətlə çoxalması üçün uyğun şərait var.
ÜST həmçinin bildirib ki, bəzi yeni məlumatlara görə, koronavirus məhz ağız suyu ilə bir insandan digərinə ötürülür.
Mütəxəssislər bildirirlər ki, koronavirusa yoluxan insanda erkən simptomlar arasında bu kimi simptomlar ola bilər: ağızda quruluq, dadbilmənin itməsi və ya pozulması və ağız boşluğunda kiçik yaraların, qabarçıqların əmələ gəlməsi. Alimlər bu əlamətlərə fikir verməyi tövsiyə edirlər.
Saglamolun.Az