Posttravmatik stress pozuntusu. Müharibənin ağır FƏSADI - VİDEO

Son bir neçə gün ərzində 2 qazimizin intihar xəbəri hamımızı çox sarsıdıb. Bir çox insanların fikrinə görə, onları da şəhid hesab etmək olar.

Ona görə ki, bu 2 gənci intihara sürükləyən məhz müharibədə keçirdiyi güclü stress, sarsıntı, qorxu olub…

Məlumdur ki, müharibə iştirakçılarının bir qismində (5-10%) müharibədən sonra çox ağır nevroloji pozulma olan posttravmatik stress pozuntusu inkişaf edir.

İlk dəfə amerikalı psixoterapevtlər müharibə iştirakçılarında yaranan posttravmatik stress pozuntusu ilə bağlı araşdırmalar aparıblar. Psixoterapevtlər ona “vyetnam sindromu” adını veriblər (Vyetnam müharibəsində iştirak edənlərdə müşahidə olunurdu).

Posttravmatik stress pozuntusu çox ağır fəsadlar verə bildiyi üçün (asosial davranış, alkoqolizm, intihara meyllilik və s.) onu vaxtında aşkar etmək və müalicə etmək çox vacibdir.

Posttravmatik stress pozuntusu haqqında daha ətraflı VİDEO-da baxın.

Saglamolun.Az