Koronavirus zamanı kömək edən UCUZ DƏRMAN

Koronavirusun yüngül və orta formaları zamanı heç bir xüsusi müalicə tələb olunmur. Müalicə soyuqdəymə zamanı olduğu kimi simptomatik aparılır.

Yəni qızdırma 38,5 C-dən yuxarı qalxanda parasetamol, öskürək varsa bəlğəmgətirici dərman qəbul etmək olar və s.  

Belə bəlğəmgətirici vasitələrdən biri ucuz və sınanmış bromheksindir. Bromheksin yaxşı bəlğəmgətiricidir. Bundan əlavə son müşahidələr göstərib ki, bromheksin müəyyən fermenti bloklayaraq koronavirusun hüceyrələrə daxil olmasını çətinləşdirir.   

Saglamolun.az bildirir ki, bu haqda Moskva Dövlət Universitetinin nəzdində olan klinikanın həkim-kardioloqu professor Yana Orlova məlumat verib. Həkim qeyd edib ki, belə effekt əsasən xəstəliyin əvvəlində görülür. Həmçinin araşdırma göstərib ki, bromheksinin profilaktik qəbulu da məqsədəuyğun deyil.

Bromheksin və həmçinin istənilən digər bəlğəmgətirici dərmanların qəbulu ilə yanaşı xəstə kifayət qədər maye qəbul etməlidir, əks halda dərman effekt verməyəcək.

Ümumiyyətlə həkimlər koronavirus xəstələrinə (buna əks-göstəriş olmadığı halda) gün ərzində 2 l qədər maye içməyi tövsiyə edirlər. Bu adi su, şirin olmayan kompotlar, limonlu-zəncəfilli çay və s. ola bilər.

Sakit vəziyyətdə təngənəfəslik və nəbzin artması, boğulma hissi varsa, pulsoksimetrin göstəriciləri 94% və bundan aşağıdırsa, vaxt itirmədən həkimə müraciət edin. Bu simptomlar koronavirus zamanı çox təhlükəli sayılır və fəsadların inkişafına işarə edir. Bu simptomları olan xəstələr stasionar şəraitində müalicə olunmalıdır.  

Saglamolun.Az