Tanınmış həkimdən koronavirusdan qorunmaq üçün 5 TÖVSİYƏ

Koronavirus əksər hallarda nisbətən yüngül keçsə də təxminən 5% hallarda çox ağır fəsadlara səbəb olur.  Bu fəsadların inkişaf olub-olmaması 2 amildən asılıdır. Bu virus yüklənməsi və insanın immun sisteminin vəziyyətidir.

Virus yüklənməsi insanın orqanizminə düşən virusun “miqdarı” deməkdir. Bu “miqdar” nə qədər çox olarsa, koronavirusu ağır keçirmək təhlükəsi də bir o qədər yüksək olur. Məhz bu səbəbdən koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkimlər koronavirusu ağır keçirirlər. Açıq havada koronavirusa yoluxmaq riski kifayət qədər azdır. Əksinə isə qapalı və xüsusilə də pis havalandırılan yerlərdə (nəqliyyat, supermarketlər, xəstəxanalar və s.) virusun miqdarı çox ola bilər və belə yerlərdə yoluxma tez baş verir.

Digər tərəfdən koronavirusun fəsadlarının riski insanın immun sisteminin vəziyyətindən də asılıdır.

Saglamolun.az bildirir ki, tanınmış rusiyalı həkim Pavel Evdokimenkonun sözlərinə görə, immun sistemini koronavirusa qarşı gücləndirmək üçün bəzi çox sadə tövsiyələrə əməl etmək lazımdır.

1. Daha çox yatın və dincəlin. Az yuxu immun sistemini zəiflədir.

2. Açıq havada gəzin, fiziki aktivliklə məşğul olun. Lakin həkim bildirib ki, həddindən çox idmanla məşğul olmaq da immuniteti zəiflədir.

3. İmmuniteti gücləndirmək məqsədi ilə bəzi təbii vasitələri də qəbul etmək olar. Həkim bildirib ki, özü bu məqsədlə aloye şirəsini qəbul edir. Bunu 3 həftə ərzində ildə 2 dəfə etmək yaxşıdır. Aloye şirəsinin qəbulu hər hansl səbəbə görü mümkün deyilsə, həkim çəhrayı rodiola ekstraktını və ya jenşen kökü cövhərini istifadə etməyi tövsiyə edib.

4. Həkim bildirib ki, immuniteti gücləndirmək üçün arıçılıq məhsullarından da istifadə etmək olar. Bu əsasən gül tozu və perqadır. Onlar ən azı 1 ay ərzində qəbul etmək lazımdır.

5. Profilaktik dozada D vitaminini də qəbul edə bilərsiniz. Bu karantin zamanı xüsusilə vacibdir. İnsanlar açıq havada az olur və bu da D vitamininin defisitinə gətirib çıxardır. Elmi araşdırmalar göstərir ki, orqanizmdə D vitamininin defisiti koronavirusu ağır formada keçirmək riskini bir neçə dəfə artırır.

Saglamolun.Az