Raskin Universitetinin (İngiltərə) alimləri sübut edirlər ki, koronavirusun ən erkən simptomlarından biri göz iltihabıdır.
Saglamolun.az bildirir ki, bu haqda məlumat nüfuzlu BMJ Open Ophthalmology jurnalında dərc olunub.
“Gözlərin həssaslığının artması, işıqdan qorxma, gözlərin qaşınması, gözlərdə ağrılar. Bütün bu simptomlar xəstəliyin əvvəlində yaranır və 2 həftə davam edir” – alimlər bildiriblər.
Bəzən bu simptomlar “konyuktivit” kimi qiymətləndirilsə də, alimlərin fikrinə görə, bu konyuktivit deyil, məhz koronavirusun yaratdığı göz iltihabıdır.
Saglamolun.Az