Koronavirusa yoluxanlar bu günlərdə daha DİQQƏTLİ OLMALIDIR

Koronavirus təxminən 95% hallarda adi soyuqdəymə kimi keçir və heç bir ciddi fəsadlara səbəb olmur. Lakin bəzən infeksiya ağır fəsadlar verə bilir.

Saglamolun.az bildirir ki, ukraynalı həkim Andrey Penkovun sözlərinə görə, koronavirusa yoluxan insanlar xəstəliyin 9 və 10-cu günlərində xüsusilə diqqətli olmalıdır. Məhz xəstəliyin 9-cu və 10-cu günlərində immunoloji proseslərin inkişafı və bunun nəticəsi kimi “sitokin qasırğası”nın riski yüksək olur. Sitokin qasırğası immun sisteminin virusa qarşı güclü patoloji reaksiyasıdır ki, bunun nəticəsində xəstənin vəziyyəti kəskin ağırlaşır və xəstə hətta az bir meddət ərzində həlak ola bilər.

Mütəxəssis xəstələri və onlara nəzarət edən həkimləri koronavirusun 9-cu və 10-cu günlərində xüsusilə  diqqətli olmağa çağırıb.  

Saglamolun.Az