Tanınmış rusiyalı tele-həkim Yelena Malışeva “Dobroye utro” (Rusiyanın 1-ci kanalı) verilişində bildirib ki, ev şəraitində koronavirus adi soyuqdəymə kimi müalicə olunmalıdır.
Həkim bildirib ki, bir çox insanlar koronavirusun müalicəsi üçün uyğun olmayan dərmanları istifadə edirlər: “Apteklərdən kütləvi şəkildə koronavirusun müalicəsində istifadə olunmayan preparatlar, məsələn antibiotiklər alınır”.
Həkimin sözlərinə görə, müşahidələr göstərir ki, koronavirusun müalicəsində antikoaqulyantlar (qanı duruldan preparatlar) və deksametazon effektlidir. Onların istifadəsi koronavirusun ağır forması zamanı ölüm hallarını azaldır: “Lakin bu preparatlar yalnız xəstəxana şəraitində istifadə olunmalıdır. Ev şəraitində isə koronavirus adi soyuqdəymə kimi müalicə olunmalıdır”.
Diqqətinizə çatdıraq ki, soyuqdəymə simptomatik şəklində müalicə olunur: qızdırma yüksəkdirsə, qızdırmasalan preparatlar, burun tutulubsa – burun damcıları, öskürək varsa – öskürəyi yumşaldan, bəlğəmgətirici preparatlar istifadə olunur. Soyuqdəymə zamanı çoxlu maye içmək (2 l), mümkün qədər çox yatmaq və dincəlmək, yüngül qidaları qəbul etmək lazımdır.
Saglamolun.Az