Tanınmış ukraynalı həkim Yevgeniy Komarovskiy öz YouTube-kanalının efirlərindən birində bildirib ki, koronavirus pandemiyası 2022-ci ilin sonuna qədər tam qurtaracaq.
Bu ya peyvəndin, ya da kollektiv immunitetin formalaşması nəticəsində baş verəcək.
Saglamolun.az bildirir ki, Komarovskinin sözlərinə görə, ciddi karantin qaydaları özünü doğrultmur. Karantin qaydaları yüngülləşən kimi epidemiya yenidən alovlanmağa başlayır. Həmçinin karantin iqtisadiyyata çox ciddi zərbə vurur. Belə vəziyyətdə yeganə çıxış yolu kollektiv immunitetdir. Həkim bildirir ki, kollektiv immunitetin formalaşması üçün cəmiyyətin 60%-də anticismlər olmalıdır.
Komarovskinin sözlərinə görə, vaxt keçdikcə COVID-19 qrip kimi olacaq və müəyyən sezonlarda ona yoluxma artacaq. Lakin pandemiya bir də olmayacaq.
Saglamolun.Az