Tanınmış rusiyalı həkim: Koronavirus daha sonra adi soyuqdəymə kimi olacaq

Tanınmış rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikovun fikrinə görə, koronavirusun 2-ci dalğası yoxdur və olmayacaq. Həkimin fikrinə görə, virus artıq insanlarla “doğmalaşıb” və insanlar arasında əbədi qalacaq.

Həmçinin Myasnikov bildirib ki, qlobal pandemiyaya səbəb olan COVID-19 daha sonra adi soyuqdəymə kimi olacaq.

Həkim öz Instagram-akkauntunda bildirib ki, koronavirusun yenidən alovlanması və ya “ikinci dalğa” əslində hələ keçən ilidə Uhanda başlamış birinci dalğanın davamıdır.   

“İkinci dalğa yoxdur. Bu hələ binci dalğadır. Yeni virusun xüsusiyyəti belədir ki, insan populyasiyasına gələndən sonra bu virus bizimlə əbədi olaraq qalacaq. İnfeksiya özünün torf yanğını kimi aparır – gah yavaş-yavaş yanır, gah da güclü alovlanır”, - Myasnikov izah edib.

Həkimin fikrinə görə, koronavirus dünya üzrə yayılmağa davam edəcək. Yoluxmanın səviyyəsi yüksək olan ərazilərdə (məsələn, Moskva, Nyu-York kimi şəhərlərdə) yeni yoluxanların sayı daha az olcaq və yüngül formalar üstünlük təşkil edəcək. Bunun səbəbi formalaşmış kollektiv immunitetdir. Ağır formaların yox olması üçün əhalinin 20-25% koronavirusu keçirməlidir.    

Saglamolun.Az