Ana südü haqqında miflərə son qoyaq! Ümumdünya Südəmizdirmə Kvestinə qoşulun!

Ana südü ilə qidalanma üzrə Ümumdünya İttifaqı (VABA), ana südü ilə qidalanmanın qorunması, təşviqi və dəstəyi ilə məşğul olan fiziki şəxslərin və təşkilatların qlobal şəbəkəsidir.

Hər il avqustun 1-dən 7-dək bütün dünyada körpələrin sağlamlığının möhkəmləndirilməsi üçün ana südü ilə qidalanmanın təbliğinə yönəldilmiş Ümumdünya südəmizdirmə həftəsi keçirilir. Bu həftə 1990-cı ilin avqust ayında ölkələrin, ÜST, UNİSEF və digər təşkilatların yüksək vəzifəli şəxsləri tərəfindən imzalanmış ana südü ilə bəslənmənin təşviqi və dəstəklənməsi üzrə İnnoçenti Bəyannaməsinin şərəfinə təsis edilmişdir.

Ümumdünya ana südü ilə qidalanma həftəsi-2020 ana südü ilə əmizdirmənin ətraf mühit, iqlim  dəyişikliyinə olan təsirini və planetin əhalisinin sağlamlığı üçün ana südü ilə əmizdirmənin təşviqi, dəstəyi və  qorunması məsələlərini diqqət mərkəzinə alacaq. 

Ana südü ilə əmizdirmə yeni doğulmuş körpələri onlara lazım olan qida maddələri ilə təmin etmək üçün ən yaxşı yoldur. ÜST körpələrin altı aya qədər müstəsna ana südü ilə qidalanmasını, sonra isə lazımi əlavə qidayla birlikdə iki və ya daha çox yaşadək ana südü ilə qidalanmanı davam etdirməyi tövsiyə edir.

Ana südü ilə qidalanma həm ana, həm də uşağın sağlamlığının möhkəmlənməsinə kömək edir. Demək olar ki, ümumi səviyyədə ana südü miqyasının genişləndirilməsi hər il əsasən 6 aydan kiçik olan 800,000-dən çox uşağın həyatını xilas etməyə imkan verir. Əmizdirmə qadınlarda döş və yumurtalıq xərçəngi, şəkərli diabet və ürək xəstəliklərinin inkişafının riskini azaldır. Ana südü ilə qidalanmanın miqyasının genişləndirilməsi hər il 20.000 ananın döş xərçəngindən ölməsi hallarının qarşısını almağa imkan verəcək.

Ümümdünya Əmizdirmə həftəsi ilə əlagəli olaraq avqust ayının 1-dən 3-ə kimi ana südü ilə qidalandırma üzrə məsləhətçi-mentor (AKEV), Çelyabinsk vilayəti İctimai Palatasının eksperti Marqarita Georgievna Dik tərəfindən yaradılan https://breast-quest.online/az saytı əmizdirmə ilə bağlı İkinci Ümumdünya südəmizdirmə kvesti keçirəcək.

Kvestin məqsədi - əmizdirmənin populyarlaşdırılması və sübutedici təbabətə əsaslanan əmizdirmə haqqında müasir və etibarlı məlumatların yayılmasıdır. Ana südü haqqında analar arasında çoxsaylı miflər dolaşır! Bu miflərə son qoymaq və ana südü ilə bağlı doğru əsaslı məlumat əldə etmək üçün hər bir ana bu sahədə öz biliklərini yoxlaya bilər. 

Kvestdə iştirak etmək üçün bu linkə keçin: https://breast-quest.online/az

Saglamolun.Az