KİV-lərdə tez-tez koronavirusun “ikinci” və hətta “üçüncü dalğası” haqqında məlumatlar yayılır. Bu bir çox insanları stress və təşvişə salır.
Saglamolun.az oxucularına tanınmış rusiyalı alim, məşhur Seçenov Universitetinin mikrobiologiya, virusologiya və immunoloqiya kafedrasının müdiri akademik Vitaliy Zverevin koronavirusun “dalğaları” haqqında fikirlərini təqdim edir.
Alimin sözlərinə görə, koronavirusun ikinci dalğası növbəti mifdir.
“Hansı yeni dalğa? Bizdə hələ birinci dalğa gedir. İnsanları qorxuya salmaq və xüsusilə də yeni karantin tətbiq etmək ehtiyac yoxdur”, - akademik bildirib.
Alimin sözlərinə görə, insanların 70-80% koronavirusa yoluxmayana qədər infeksiya yayılmaqda davam edəcək. Daha sonra isə azalmağa doğru gedəcək.
Nəzərinizə çatdıraq “70-80% yoluxacaq” qorxulu səslənsə də bu heç də belə deyil. İnsanların əksəriyyəti koronavirsu ya simptomsuz ya da yüngül simptomlarla keçirir.
Akademik Zverev qeyd edib ki, payızda xəstələnmə halları bir qədər arta bilər. Bu gözləniləndir və “ikinci dalğa” deyil. Bu mövsümlərin dəyişilməsi ilə bağlıdır və hər il baş verir. “Payızda tək koronavirus deyil, digər virus xəstəliklərinin artması da təbiidir”- akademik bildirirb.
Buna necə hazırlaşaq? İmmuniteti necə gücləndirək? suallarına alim belə cavab verib: “İmmunitet həmişə eyni qaydada işləyir – qışda da, yazda da, payızda da. Sadəcə yaxşı qidalanmaq, bağırsaqların normal işləməsinə fikir vermək, açıq havada olmaq, 7-8 saat yatmaq və streslərdən uzaq olmaq lazımdır.
Təəssüf ki, immuniteti gücləndirən xüsusi bir dərman yoxdur. Apteklərdə satılan vitamin, müxtəlif qida əlavələri, müalicəvi bitkilər və s. insanın immun sisteminə heç bir ciddi təsir etmir. Bu yalnız mənasız pul itkisi və həmçinin qaraciyər və böyrəklərin lazım olmayan maddələrlə yüklənməsidir”.
Saglamolun.Az