Tibb elmləri doktoru, tanınmış tele-doktor Yelena Malışeva İnstagram hesabında bildirib ki, koronavirusun müalicə mexanizmi artıq həkimlərə daha aydın olub.
Saglamolun.az bildirir ki, Malışevanın sözlərinə görə, infeksiyanın müalicəsi zamanı istifadə olunan əsas preparatlar antikoaqulyantlardır (qanı duruldan preparatlar). Məhz bu preparatların istifadəsi koronavirusdan ölüm riskini xeyli azaldır.
Belə ki, koronavirusun antikoaqulyantlarsız müalicəsi zamanı ölüm 62,1%, antikoaqulyantlardan istifadəsi zamanı isə 29,1% təşkil edir.
Həkim bildirib ki, əgər xəstəxanada bu preparatlardan istifadə olunmursa, deməli “həkimlər heç nə bilmir” və koronavirusu düzgün müalicə etmirlər.
Nəzərinizə çatdıraq ki, yeni araşdırmaların nəticələrinə görə, koronavirus tək ağciyəri deyil, damarların daxili səthini də zədələyir, damar və kapilyarlarda çoxlu sayda trombların əmələ gəlməsinə səbəb olur və məhz bu da bir çox hallarda ağır fəsadlar və ölümə gətirib çıxardır.
Həmçinin Malışeva bildirib ki, müşahidələrə görə, koronavirus “zəif infeksiya”dır, digər infeksiyalarla müqayisədə daha az hallarda ölümə səbəb olur və 1 koronavirus xəstəsi 1-2 sağlam insanı yoluxdura bilir.
Saglamolun.Az