Koronavirusun müalicəsində müxtəlif dərmanlar və dərman kombinasiyalarından istifadə olunur. Bütün dünyada həkimlər kovidə qalib gəlmək üçün yeni və effektli müalicə üsullarını axtarırlar.
Moskva Dövlət Universitetinin klinikasında kovidlə mübarizə aparan həkimlər Moskva şəhəri üzrə ən yaxşı nəticələr əldə ediblər.
Saglamolun.az kp.ru-ya istinadla bildirirki, klinikanın həkimi – kardioloq, tibb elmləri doktoru Yana Orlova jurnalistlərə onların klinikasında koronavirus xəstələrinin müalicəsində istifadə olunan bəzi dərmanlar haqqında danışıb.
Belə dərmanlardan biri kifayət qədər ucuz, köhnə və sınanmış “bromheksin”dir.
“Bromheksin uzun illər ərzində pnevmoniya və öskürək zamanı xəstələrə təyin olunan bəlğəmgətirici vasitədir. Bromheksinin bəlğəmgətirici təsiri kovid xəstələrinə həqiqətən yaxşı kömək edir. Həmçinin məlum olub ki, bu preparat koronavirusun hüceyrələrə daxil olması prosesini çətinləşdirir” – həkim bildirib.
Həkimin sözlərinə bromheksinlə yanaşı onların klinikasında kardiologiyada geniş istifadə olunan “spironolakton” adında preparat da istifadə olunur. Bu preparat da köhnə və sınanmış dərmandır. Spironolakton ağciyərdə fibrozu (ağciyər toxumasın məhv olması) və həmçinin bəzi məlumatlara görə kovidin ən təhlükəli ağırlaşması olan “sitokin qasırğasının” riskini azaldır.
Saglamolun.Az