Saglamolun.az Washington Post qəzetinə istinadla bildirir ki, iyunun 11-də ilk dəfə koronavirus keçirmiş xəstəyə ağciyər köçürülüb.
Çikaqo mütəxəssisləri cavan qadına ağciyərin hər 2 payını köçürüblər.
Cərrah Ankit Bxarat bildirib ki, qadında koronavirus fonunda ikincili bakterial infeksiya inkişaf etmiş, ağciyəri çox ciddi zədələnmişdir. Oksigenin kəskin çatışmazlığı nəticədə ürək, beyin və s.orqanların fəaliyyətində ciddi pozulmalar inkişaf etməyə başlayıb. Qadın əvvəl süni tənəffüs, sonra isə EKMO aparatına qoşulub.
Həkimlərin sözlərinə görə, xəstənin vəziyyəti kritik idi və onu yalnız transplantasiya xilas edə bilərdi.
Əməliyyat uğurlu keçib və hazırda qadını uzun və çətin reabilitasiya dövrü gözləyir.
Saglamolun.Az