Tanınmış həkim özünü koronavirusdan belə qoruyur: Burnuma interferon damızdırıram

Tanınmış rusiyalı həkim, M. Jadkeviç adına Şəhər Kliniki Xəstəxanasının baş həkimi Aleksandr Myasnikov koronavirusdan necə qorunduğunu açıqladı.

Saglamolun.az live24.ru-ya istinadla bildirir ki, həkimin sözlərinə görə, o, interferon preparatından istifadə edir, xüsusilə “qırmızı zonaya” (ağır koronavirus xəstələrinin müalicə olunduğu zona) girəndə burnuna mütləq interferon damızdırır.

İnterferon insan orqanizmində sintez olunan zülaldır. Bu zülal insan və həmçinin heyvanların qan plazmasında orqanizmə istənilən virus daxil olan kimi dərhal sintez olunur və virusun çoxalmasına mane olur.

80-ci illərdə alimlər süni interferon hazırlayıblar və o vaxtdan bu preparat virus xəstəliklərinin müalicəsi (xüsusilə hepatit C-nin müalicəsində) və profilaktikasında çox geniş istifadə olunur. Hazırda interferon koronavirusun müalicəsində də istifadə olunur.

Koronavirus epidemiyası zamanı Çin, Kanada və Avstraliya alimləri interferonla bağlı araşdırmalar apardıqdan sonra belə nəticəyə gəliblər ki, bu preparatı alan xəstələrin orqanizmindən virus daha tez çıxır və onlar daha tez sağalırlar. Araşdırmanın nəticələri Frontiers in Immunology nəşrində dərc olunub.

Saglamolun.Az