Hazırda koronavirusa qarşı 3 vaksin 3-cü son sınaq etapından keçirilir. Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, bu haqda ÜST-nin baş elmi işçisi Sumya Svaminatan Cenevrədə keçirilmiş brifinqdə məlumat verib.
Svaminatanın sözlərinə görə, bu 3 vaksindən biri bütün sınaqlarda uğurla keçərsə, 2020-ci ilin sonuna qədər bir neçə milyon doz vaksin istehsal olunacaq. 2021-ci ildə isə vaksinlərin sayı milyardlara çatacaq.
ÜST-nin fikrinə görə, ilk növbədə bu vaksinlər risk qruplarına aid olan insanlara vurulmalıdır. Bu tibbi personal, polislər, ərzaq dükanlarının işçiləri və s. kimi ən həssas qruplardır.
Həmçinin Ümündünya Səhiyyə təşkilatında belə hesab edirlər ki, peyvəndləşmədən ilk olaraq yaşlı insanlar və həmçinin hipertoniya, şəkərli diabet, demensiya kimi xəstəliklərdən əziyyət çəkənlər keçməlidir.
Saglamolun.Az