L-ARGİNİN aminturşusu koronavirusun ağır fəsadlarından qoruyur

Rusiyada koronavirusun müalicəsində digər preparatlarla yanaşı l-arginin amin turşusu da istifadə olunur.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, bu haqda tanınmış rusiyalı akademik Aleksandr Çuçalinin  məlumat verib.  

Əvəzolunmaz aminturşusu olan l-arginin orqanizmdə gedən bir çox proseslərdə iştirak edir. O cümlədən, l-arginin damarları genişləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

Koronavirus zamanı ağciyərin damar və kapilyarlarında spazm yaranır,  tromblar əmələ gəlir. Bu proses ağciyərin böyük hissəni əhatə etdikdə insanda nəfəsalmanın pozulması inkişaf edir və nəticədə insan həlak ola bilər.

L-argininin istifadəsi trombuzun qarşısını almağa yardım edir.

Saglamolun.Az