Niyə məhz deksametazon? Koronavirusun müalicəsində yenilik

Oksfordda (Böyük Britaniya) aparılmış araşdırma göstərib ki, qlukokortikosteroidlər qrupuna aid olan deksametazon süni tənəffüs aparatlarına qoşulmuş koronavirus xəstələrinin ölüm riskini 35%, oksigen alan xəstələrin 20% azaldır.

Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, araşdırmada 2104 insan iştirak edib.

Rusiyalı immunoloq Nikolay Krüçkov araşdırmanı şərq edərək bildirib ki, sınanmış və ucuz deksametazon güclü iltihabəleyhinə və immunosupressiv (immun sistemini zəiflətmək) xüsussiyyətlərə malikdir.

“Koronavirusun ağır gedişatı zamanı orqanizmdə “sitokin qasırğası” inkişaf edir. Bu zaman immun sistemi həddindən artıq fəallaşır və tək virusa deyil, orqanizmin özünə hücum edərək onu dağıtmağa başlayır ki, nəticədə koronavirus xəstəsi həlak olur. Deksametazon immun sistemini “sakitləşdirir” və ağır xəstələrin sağ qalmaq şansını artırır”.

Təbii ki, istənilən digər prepartalar kimi, deksametazon da yalnız həkim tərəfindən təyin edilməlidi.  Deksametazonun “profilaktik” məqsədlərlə qəbulu yolverilməzdir ki, bu immun sisteminin kəskin zəifləməsinə və bununla bağlı olan ağır fəsadlara səbəb ola bilər.  

Saglamolun.Az