Ağciyərin 90% zədələnib, amma xəstə sağalıb – Rusiyalı həkim

Sankt-Peterburq şəhərinin məşhur Mariinskaya xəstəxanasının həkimi Nəzər Məmiyev kp.ru-ya ən ağır və ümidsiz xəstələrin möcüzəvi sağalması haqqında danışıb.

Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, “Mariinka” pandemiyanın əvvəlindən koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu müddət ərzində həkimlər müxtəlif xəstələri görüb, lakin bir 32 yaşlı xəstə hamını təəccübləndirib.

“Kişi miqrantdır. O, çox işləyirdi və həkimlərə gec müraciət etmişdi. Xəstə bizə ağır pnevmoniya ilə daxil oldu. KT göstərib ki, ağciyər toxumasının 90%-dən çox hissəsi zədələnib. Bu çox ağır xəstə idir. Lakin biz onu xilas etdik. O, uzun müddət ərzində reanimasiyada, daha sonra palatada yatdı və nəticədə xəstəxanadan öz ayaqları ilə getdi”, - həkim bildirib.

Həkimin sözlərinə görə, piylənmə və şəkərli diabet xəstələrində koronavirus daha ağır keçir. Ateroskleroz, ürək xəstəlikləri və hipertoniya da proqnozunu pisləşdirir. “Lakin biz çox ağır yaşlı xəstələri də sağaltmışıq. Onlarda yüksək qızdırma, ağciyərin 80%-dək zədələnməsi var idi”.

Həkim qeyd edib ki, koronavirus hələ az öyrənilib və onun fəsadlarını proqnozlaşdırmaq çətindir: “Təbbi ki, onlar olacaq. Ağır xəstələrdə sağalmadan sonra təngənəfəslik olacaq. Ağciyərin 90% zədələnməsi açıq yara kimidir və bu yara sağalmalıdır. İstənilən pnevmoniyadan sonra ağciyərdə müəyyən dərəcədə fibroz inkişaf edir – ağciyər toxuması çapıqlarla əvəz olunur. Lakin cavan və sağlam xəstələrdə bu prosess maksimum dərəcədə izsiz keçəcək”.

Saglamolun.Az