Rusiyalı həkim-reanimatoloq Vyaçeslav Afonçikov koronavirusun təhlükəli xüsusiyyəti haqqında məlumat verib.
Koronavirusa yoluxan insanların bir çoxunda müvəqqəti olaraq vəziyyətin yaxşılaşması müşahidə olunur, daha sonra isə vəziyyət kəsin ağırlaşır ki, nəticədə insan sayılı günlər ərzində həlak ola bilər.
Saglamolun.az-ın xarici KİV-lərə istinadla məlumatına görə, Afonçikov “Петербургский дневник” nəşrinə məlumat verib ki, bu koronavirusu qripp və soyuqdəymədən ciddi fərqləndirir. Qripp və soyuqdəymə zamanı xəstənin vəziyyəti əvvəl ağırlaşır və sonra simptomlar tədricən yüngülləşməyə başlayır. Burada isə əksinə.
“Kovid 38 C qızdırmadan başlaya bilər, daha sonra qızıdrma 37,3 C düşür, 7-8-ci gün xəstəlik birdən kəskin irəyliləyir və bundan sonra insan 1-2 gün ərzində “əriyə” bilər”, - həkim qeyd edib.
“Süni yaxşılaşma zamanı insana elə gəlir ki, o, sağalır. İnsan çölə çıxmağa, dükana və s. getməyə başlayır. Lakin bu zaman xəstə çoxlu miqdarda virus hissəciklərini ifraz edir və ətrafdakıları yoluxdurur”, - Afonçikov bildirib.
İnsanlar koronavirusun bu xüsüsiyyətini bilməli və vaxtında peşəkar yardım üçün müraciət etməlidir. “Koronavirus soyuqdəymə deyil, onu mürəbbəli çay və limonla sağaltmaq mümkün deyil”, - həkim əlavə edib.
Saglamolun.Az