Kondisioner koronavirus yayırmı?

İsti yay günlərində kondisionersiz keçinmək mümkün deyil. Lakin son vaxtlar belə məlumatlar yayılıb ki, kondisioner koronavirus yayır və bir çox insanlar evdə kondisionerdən istifadə etməyə qorxur.

Bu yanılmadır. Söhbət kafe, restoran, ictimai nəqliyyatda istifadə olunan kondisionerlərdən gedir, məişət kondisionerlərindən deyil. Bu səbəbdən müəyyən qaydalara əməl etməklə evdə qorxmadan kondisioner işlədə bilərsiniz.

Niyə kondisioner koronavirusu və həmçinin istənilən digər hava-damcı yolu ilə ötürülən virusları yaya bilir? Cavab çox sadədir. Kondisionerdən çıxan hava axını havada aerozol şəklində qalan virus hissəciklərini asanlıqda uzaq məsafələrə daşıya bilir. Məhz belə Çində 3 ailənin üzvü restoranda nahardan sonra koronavirusa yoluxub.

Saglamolun.az bildirir ki, ev şəraitində koronavirusa yoluxma baxımından kondisionerdən istifadə təhlükəli deyil. Lakin bir şey nəzərə almaq lazımdır ki, kondisioner yalnız evdə olan havanı soyudur. Bu səbəbdən bir müddətdən sonra evin havası çirklənir, onun tərkibində oksigen azalır, karbon qazı artır. Bu isə insanın bütün orqanizminə, o cümlədən nəfəsalma sisteminə, immunitetə ciddi ziyan vurur. Evdə kondisionerdən istifadə edəndə hər zaman təmiz havanın axınını təmin etmək lazımdır. Bunun üçün evdə ən azı bir nəfəslik mütləq açıq olmalıdır.   

Saglamolun.Az