Hamı bilir ki, koronavirus ağciyəri zədələyir, atipik pnevmoniyanın inkişafına səbəb olur. Lakin koronavirusun orta və ağır gedişatı zamanı ağciyərdən başqa digər vacib orqan da zədələnir.
Bu böyrəklərdir. Koronavirus böyrəklərdə xroniki xəstəliklərin inkişafına səbəb ola bilir.
Saglamolun.az bildirir ki, rusiyalı alimlərinin məlumatlarına görə, böyrəklərin zədələnməsi koronavirusa yoluxmuş 1/3 xəstələrdə aşkar olunur. Süni tənəffüs aparatlarına qoşulmuş xəstələrdə bu rəqəm 90% çatır.
Alimlərin sözlərinə görə, ürək-damar sistemi xəstəlikləri, xroniki böyrək xəstəlikləri, şəkərli diabet və hipertoniya xəstəliyi olanlarda böyrəklərdə pozulmaların inkişafı riski daha yüksəkdir.
Mütəxəssislər koronavirusu keçirmiş insanlara sağalandan sonra uroloq və ya nefroloqun (böyrək xəstəlikləri üzrə mütəxəssis) nəzarətində olmağını tövsiyə edirlər.
Saglamolun.Az