Rusiyanın baş epidemioloqu, akademik Nikolay Briko bildirib ki, tibbi maskalardan yalnız insanların kütləvi toplaşdığı yerlərdə (ictimai nəqliyyat, market, ofis və s.) istifadə etmək lazımdır.
Əksinə isə küçədə, açıq havada, parkda maskanın taxılması məqsədə uyğun deyil.
Saglamolun.az “Parlamentskaya qazeta”-ya istinadla bildirir ki, akademikin sözlərinə görə, tibbi maskaların istifadəsi yeni koronavirus infeksiyasının qarşısının alınmasında çox vacibdir: "Koronavirus müxtəlif yollarla, o cümlədən hava-damcı yolu ilə ötürülə bilər. Maskalar tənəffüs sistemini qoruyur və digər profilaktik vasitələr arasında əhəmiyyətlidir".
Bununla yanaşı alim qeyd edib ki, maska küçədə taxılmamalıdır, əksinə təmiz havada nəfəs almaq daha yaxşıdır.
"Birdəfəlik maskalar təkrar istifadə edilə bilməz, yuyula və ütülənə bilməz. Bu parça səthinin quruluşunu dəyişdirir və maska artıq qoruyucu funksiyalarını itirir", - alim qeyd edib.
Həmçinin akademik bildirib ki, maskanı çıxardanda onun səthinə toxunmaq olmaz, rezinlərdən tutub çıxarmaq lazımdır: “Maskaya toxundunuzsa əllərinizi sabunla yaxşı yuyun və ya spirtlə silin, sonra təzə, quru maska taxın".
Saglamolun.Az