Baxırsan simptomlar yoxdur, amma ağciyər ciddi zədələnib... – Professor koronavirusun qəribəliyi haqqında danışıb

Rusiyanın tanınmış infeksionist həkimi professor Vladimir Nikiforov bildirib ki, koronavirus özünü “qeyri-adi aparır” və digər respirator viruslara bənzəmir.

Belə ki, bəzən koronavirus insanda heç bir simptomla özünü büruzə vermir, lakin ağciyər çox pis hala düşür.

“O, özünü klasik epidemiologiya qanunlarına zidd aparır. Xəstənin halı və ağciyərdə olan dəyişikliklər biri birinə uyğun gəlmir. KT-yə baxanda fikirləşirsən ki, xəstə reanimasiyada olmalıdır, lakin o özünü normal hiss edə bilər”, - Nikiforov qeyd edib.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, alimin fikrinə görə, virus bizə hələ çox sürprizlər göstərəcək.

Həmçinin Nikiforov qeyd edib ki, virusun əsas məqsədi replikasiya, yəni çoxalmadır və bunun üçün ona ölü deyil, diri orqanizm lazımdır: “Təbii ki, virus bəladır, lakin onun bizi öldürmək fikri yoxdur”.  

Saglamolun.Az