Vərəm əleyhinə vaksinin koronavirusdan ölüm səviyyəsinə təsiri artıq bütün günyada ən qızğın müzakirə mövzusudur.
Saglamolun.az bildirir ki, tanınmış rusiyalı tele-həkim Yelena Malışeva da bu haqda öz verilişlərdən birində məlumat verib.
Verilişin qonağı professor, tibb elmləri doktoru, immunoloq Andrey Prodeus bildirib ki, BSJ anadangəlmə immuniteti gücləndirir və onu nəinki vərəmə, bir çox digər bakterial və virus infeksiyalarına qarşı daha güclü və effektli edir. Həmçinin professor bildirib ki, BSJ əvvəllər sidik kisəsi xərçənginin müalicəsində də istifadə olunurdu.
BSJ mövzusunu müzakirə edən həkimlər çox maraqlı faktlar təqdim ediblər.
İtaliya və ABŞ-da BSJ heç vaxt tətbiq olunmayıb və bu ölkələrdə koronavirusdan ölüm halları dünyada ən yüksəkdir.
3-cü yerdə İspaniya qərarlaşıb. Orada koronavirusdan ölüm göstəriciləri 1 milyon insana 29,5-dir. İspaniyada BSJ 1965-1981-ci illər ərzində tətbiq olunurdu. Beləliklə, vaksin alan ən yaşlı pasiyentin hazırda 55 yaşı var. Risk qrupuna isə əsasən 65-dən yuxarı insanlar daxildir. Beləliklə, risk qrupuna aid olan insanlar peyvənd almayıblar.
Braziliyada isə vəziyyət tam fərqlidir. Orada koronavirusdan ölüm səviyyəsi 1 milyon insana 0,06-dır. Nəzərinizə çatdıraq ki, Braziliya varlı ölkə deyil və bu ölkənin səhiyyə sistemi Avropa ölkələrlə müqayisədə xeyli zəifdir.
Lakin Braziliyada BSJ vaksinasiyası 1920-ci ildən bu günə qədər aparılır və həkimlərin fikrinə görə ölkənin koronavirus bəlasından üzağ çıxmasının səbəbi məhz bu ola bilər. Bu ölkədə hətta 100-yaşlılar vərəm əleyhinə peyvənd alıblar.
Hazırda BSJ ilə bağlı araşdırmalar bir çox ölkələrdə gedir və son söz hələ deyilməyib. Ümid edək ki, bu vaksin həqiqətən koronavirusdan qoruyur. Bu halda bizim ölkəmiz də COVID-19-dan qorunmuş olacaq.
Saglamolun.Az