BSJ peyvəndini indi vurdursaq koronavirusdan qoruna bilərikmi? - Virusoloq izah edir

Bildiyimiz kimi, BSJ peyvəndinin (vərəm əleyhinə peyvənd) koronavirusla əlaqəsi aşkar olunub. Müşahidələr göstərir ki, bu peyvəndinin geniş tətbiq etdiyi ölkələrdə koronavirusa yoluxma və koronavirusun ağır fəsadlarının halları daha aşağı səviyyədədir.

Buna misal olaraq keçmiş postsovet ölkələri (Azərbaycan da onlara aiddir) göstərmək olar ki, bu ölkələrdə koronavurus Avropa ölkələrindən qat-qat az yayılıb. Əksər Avropa ölkələrində və ABŞ-da BSJ mütləq şəkildə tətbiq olunmur.

Təbii ki, bu yalnız fərziyyədir. Hazırda 4 ölkədə vərəm əleyhinə peyvəndinin koronavirusla əlaqəsi araşdırılır.

Bu məsələ ilə bağlı bir çox insanları belə sual maraqlandırır – koronavirusdan qorunmaq üçün BSJ peyvəndini indi, epidemiya zamanı vurdursaq, bu bizi koronavirusdan qoruya bilərmi? Təbii ki, söhbət böyüklərdən gedir. Uşaqlara bu peyvənd bizim ölkədə peyvənd təqvimi üzrə vurulur. 

Tanınmış rusiyalı virusoloq, Rusiya və Nyu-York Elmlər Akademiyasının üzvü, akademik, tbb elmləri doktoru Anatoli Alşteyn bu suala belə cavab verib: “Bəli, belə fərziyyə var və bir neçə ölkə bu istiqamətdə araşdırmalar aparır. Amma mən indiki vəziyyətdə bu və ya digər peyvəndi vurdurmağı tövsiyyə etməzdim. Koronavirusa qarşı xüsusi peyvənd çıxsa, vurdura bilərsiniz. O vaxta qədər öz üzərinizdə eksperiment aparmayın. Bu həmçinin istənilən immuniteti möhkəmləndirən və digər bu kimi dərmanlara da aiddir".   

Həmçinin akademik qeyd edib ki, pandemiya mayda azalacaq, iyunda isə tam bitəcək. "Payız və qışda isə koronavirus yenidən aktivləşə bilər, lakin o vaxta qədər virus insanlara, insanlar da virusa öyrəşəcək və indiki kimi pandemiya halını almayacaq", - alim bildirib.

Saglamolun.Az