COVID-in hansı simptomlarında təcili yardım çağırmaq lazımdır?

Mütəxəssislər bu suala müxtəlif, bəzən biri birinə zidd olan cavablar verir. Bütün digər hallarda olduğu kimi burada da Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edilməlidir.

ÜST bu haqda nə deyir? Saglamolun.az bildirir ki, ÜST-nın saytında konkret cavab var: “Yüksək hərarət, öskürək və nəfəsalmanın çətinləşməsi zamanı dərhal tibbi yardım üçün müraciət etmək lazımdır”.

ÜST-in saytında koronavirusun simptomları haqqında həmçinin bunlar yazılıb: “COVID-19-un ən yayılmış simptomlarına yüksək qızıdırma, yorğunluq və quru öskürək aiddir. Bir sıra pasiyentlərdə müxtəlif ağrılar, burun tutulması, faringit və ya ishal qeyd oluna bilər. Bir qayda olaraq bu simptomlar tədricən inkişaf edir və zəif ifadə olunur. Bəzi yoluxmuş insanlarda heç bir simptom olmur və onlar özlərini pis hiss etmirlər. İnsanların əksəriyyətində (80% qədər) xəstəlik sağalma ilə nəticələnir və onlara heç bir spesifik müalicə tədrirləri tələb olunmur. Təxminən 6 nəfərdən birində nəfəsalamın çatışmazlığı ilə müşayiət olunan ağır simptomatika inkişaf edir. Yaşlı və həmçinin somatik xəstəlikləri (məsələn, arterial hipertenziya, ürək xəstəlikləri və ya diabet) olan insanlarda xəstəliyin ağır gedişatı riski daha yüksəkdir”.

Özünüzdə koronavirusun ağır gedişatına işarə edən simptomları aşkar etdikdə, dərhal “təcili yardım” çağırın. “Təcili yardım” dispetçerinə simptomlar haqqında məlumat verin. Həkimlər gələnə qədər tibbi maska taxın, özünüzü ailə üzvlərindən təcrid edin.

Saglamolun.Az