Almaniyada koronavirusu təyin edən xüsusi ekspress-test hazırlanıb. Test apteklədə 29 avroya satılır.
Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, testin ilk partiyası Berlində sayılı dəqiqələr ərzində satılıb, bir neçə gündən sonra yeni partiyanın gəlməsi gözlənilir.
Yeni test koronavirusun yoluxmasına cavab olaraq qanda əmələ gələn anticismlərin olub-olmadığını təyin edir. Anticismlər varsa, koronavirusa yoluxmusunuz, yoxdursa – yox. Nəticə 15 dəqiqə ərzində hazır olur.
Təlimatda qeyd olunur ki, test 100% dəqiq nəticə verməyə bilər.
Saglamolun.Az