Burnunuz axırsa, bu koronavirus deyil – Professor COVID-in simptomlarını açıqlayıb

Koronavirusun əsas simptomları arasında yüksək qızdırma, quru öskürək, nəfəsalmanın çətinləşməsi, güclü yorğunluq, sinə və ələzələrdə ağrılardır.

COVID-19 özünü bir çox digər simptomlarla da büruzə verə bilər: ishal, qusma, qarın ağrısı, baş ağrısı, iy və dadbilmənin itməsi və s.

Bir çox simptomlara görə COVID soyuqdəymə, qripp, allergiyaya bənzəyir və bu səbəbdən koronavirusun dəqiq diaqnozunu yalnız xüsusi testin köməyi ilə qoymaq mümkündür.

CNN kanalına koronavirusun simptomları haqqında danışan tanınmış amerikalı professor, infeksionist Qreq Poland bidirib ki, misal üçün, soyuqdəymə və allergiyaya xas olan burun axması kimi simptom koronavirusa xas deyil: “Gözləriniz yanır və burnunuz axırsa, bu böyük ehtimalla allergiya və ya adi soyuqdəymədir. Mövsümi allergiyanın simptomlar adətən başda cəmlənir. Qripp və koronavirus isə digər sistemlərə və aşağı tənəffüs yollarına təsir edir. Burnunuz axmayacaq, boğaz ağrısı, öskürək, qızdırma və təngnəfəslik kimi simptomlar olacaq”.

Professor qızdırmaya fikir verməyi tövsiyyə edib. Allergiya zamanı qızdırma və təngnəfəslik olmur (astma istisnadır).

“Siz qripp və ya koronavirusa tutulmusunuzsa, özünüzü çox yorğun hiss edəcəksiniz, bütün bədəniniz ağrıyacaq, yerinizdə durmağa belə çətinlik çəkəcəksiniz.”

Həkimin sözlərinə görə, soyuqdəymə və ağırlaşmamış qripp öz özündən keçir, insan bir neçə gündən sonra özünü daha yaxşı hiss etməyə başlayır. Koronavirus və ağır qrippin simptomları günlər keçdikcə daha da artır.

“Nəfəsalmanın çətinləşməsi koronavirusa işarə edən ən ciddi simptomdur. Bu ağciyərin iltihabına işarə edir. Qripp zamanı da pnevmoniyanın inkişafı mümkündür. Bu səbəbdən qiaqnoz yalnız həkim müayinəsi və xüsusi testlərin köməyi ilə qoyula bilər”, - professor Poland əlavə edib.

Saglamolun.Az