Azərbaycanda da yayılmış irsi xəstəlik COVİD-in riskini azaldır? Ferrara fenomeni

Koronavirus mütəxəssisləri təəccübləndirməyə davam edir. Belə ki, COVID-19 İtaliyada tüğyan etdiyi dövrdə Ferrara şəhərinin sakinləri bu virusa demək olar yoluxmurlar.

Qonşu şəhərlərdə xəstəxanalar doludur, ölənlərin sayı o qədər çoxdur ki, krematoriyalar cəsədləri yandırmağa çatdırmır. Ferrarada isə sakitçilikdir – yoluxanlar azdır, ölənlər azdır.

İtaliya alimlərininin fikrinə görə, bunun səbəblərindən biri Ferrara sakinləri arasında yayılmış irsi xəstəlik beta-talassemiyadır. Bu xəstəlik onların immun sisteminə müəyyən təsir edərək həm malyariya (bu yerlərdə çox yayılıb), həm də koronavirusa qarşı daha davamlı edir.

Ferrara şəhəri

Ferrara fenomeni Rusiya alimlərini də maraqlandırıb. Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, tanınmış rusiyalı kardioloq, professor, Rusiya Elmlər Akademiyasının üzvü Simon Matskeplişvilinin fikrinə görə də səbəb məhz talassemiyadadır.

“Bəli, bəzi anadangəlmə xüsusiyyətlər var ki, onlar viruslara yoluxmasından qoruyur. Bu bölgədə yayılmış nadir irsi xəstəlik beta-talassemiya sakinləri həm malyariya, həm də yəqin ki, koronavirusdan da qoruyur”, - alim bildirib.

Maraqlıdır ki, COVID-in müalicəsində digər preparatlarla yanaşı malyariya əleyhinə preparat hidroksixloroxin da istifadə olunur və çox yaxşı effekt verir.

“Bu preparata çox ümid edirəm. Hidroksixloroxin Rusiyada koronavirusun müalicəsinin ilk protokollarına daxil edilməyib, lakin indi edilib. Onun virus əleyhinə effektini izah edən çoxlu mexanizmlər olsa da, fakt ondadır ki, bu preparatın istifadəsi xəstələrin vəziyyətini xeyli yaxşılaşdırır”, - professor qeyd edib.

Oxucularımızın nəzərinə çatdıraq ki, bizim ölkəmizdə də talassemiya xəstəliyi kifayət qədər yayılmış xəstəlikdir. Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var.  

Saglamolun.Az