ÜST və yerli səhiyyə strukturları əhaliyə dəfələrlə müraciət edərək maskaların xəstə insanlar və onlara baxanlar üçün vacib olduğunu vurğulayıb.
Sağlam insana maska taxmağa (xüsusilə aşıq havada) böyük ehtiyac yoxdur. Onsuz da maska koronavirusa yoluxmadan qoruya bilməz.
Karantin zamanı maska və əlcəklərin taxılmamasına görə heç bir hüquqi məsuliyyət, cərimə və s. nəzərdə tutulmayıb. Bunu DİN-in rəsmləri dəfələrlə açıqlayıb.
Bütün bunlara baxmayaraq insanlar kütləvi şəkildə maska və əlcək taxır. Soruşa bilərsiniz – burada nə var ki, xeyiri olmasa da ziyanı da yoxdur axı? Var. Təəssüf ki, hazırda bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da tibbi maskaların defisiti yaranıb. Belə şəraitdə insanlar bəzən eyni maskanı günlərlə taxır. Birdəfəlik maska 2 saatdan çox taxıla bilməz. 2 saatdan sonra maskanı çıxarıb, əlləri yuyub yenisi ilə əvəz etmək lazımdır. Maskanın üzərinə virus, mikrob, allergenlər “yapışır” və 2 saatdan sonra maskanın özü əsl “bioloji silaha” çevrilir. İnsan eyni maskanı saatlar və günlərlə taxırsa, onda nəinki koronavirusun istənilən digər virus və bakterial infeksiyaların, allergiyanın riski qat-qat artır.
Odur ki, maska taxmaq istəyirsinizsə, bu sizin şəxsi işinizdir. Lakin bunu qaydaya uyğun edin ki, qaş düzəltdiyi yerdə... Qalanı özünüz bilirsiniz.
M.İsayeva
Saglamolun.Az