Nə üçün evdə qalmalıyıq? Sadə cavab - VİDEO

“Evdə qal!” Artıq bəzi insanlarda bu sözlər qıcıq yaranmağa başlayıb. Nə üçün evdə qalmalıyam? Evdə qalsam nə dəyişiləcək? deyənlər var.

Əslində karantin tədbirləri eyni zamanda çoxlu sayda insanların xəstələnməsinin qarşısını alan ən effektli tədbirdir.

Koronavirusa yoluxmuş insan 2-3 nəfəri yoluxdura bilir. Hətta insanda koronavirusun heç bir simptomu olmadıqda o, aktiv koronavirus daşıyıcısı ola bilər.

Əgər 1 insan 3 nəfəri, o 3 nəfərdən hər biri yenə 3 nəfəri və s. yoluxdurarsa, xəstələrin sayı çox tez artacaq və səhiyyə sistemində ciddi problemlər yaranacaq – dərmanlar, avadanlıq, personal sadəcə çatışmayacaq. Nəticədə koronavirus və həmçinin digər xəstəliklərdən ölənlərin sayı sürətlə artmağa başlayacaq.

Evdə qalmaqla biz tək özümüzü deyil, bütün cəmiyyəti koronavirusun ağır fəsadlarından qoruya bilərik.

Saglamolun.az bbc.ru-ya istinadla koronavirus epidemiyası zamanı evdə qalmağın vacibliyini göstərən kiçik video ilə sizi tanış edir.

EVDƏ QALaq!

 

 

Saglamolun.Az