Koronavirus havanın bu temperaturunda ölür. Professor açıqladı

Rusiya və ABŞ-ın tanınmış alimi, biologiya üzrə elmlər doktoru, professor Ança Baranova bildirib ki, koronavirusun yayılmasını yalnız isti və quru hava dayandıra bilər.

Saglamolun.az Rusiya KİVlərinə istinadla sizi alimin koronavirusla bağlı proqnozu ilə tanış edir.

“İstidə virusu yayan damcılar tez quruyur və virus “xarab olur”. Virus səthlərdə 3 gün deyil, 3 saat qala bilir. Əgər havanın temperaturu günorta ən azı 1 saat ərzində +22-+23 C olarsa, bu koronavirusun aktivliyini azalda bilər”, - alim bildirib.  

Həmçinin professor qeyd edib ki, hava nəm deyil, quru olmalıdır. 

Saglamolun.Az