Mütəxəssislər nəfəs yollarını koronavirusdan mümkün qədər qorumaq üçün çox sadə qaydalara əməl etməyi tövsiyə edirlər.
İlk növbədə mütəxəssislər daha çox su içməyi tövsiyə edirlər – gün ərzində təxminən 1,5 l. Çoxlu su içmək selikli qişaları nəm saxlamağa yardım edir. Selikli qişalar orqanizmi virus və infeksiyalardan qoruyan birinci səddir. Onlar virusları öldürən xüsusi maddələri ifraz edir və həmçinin mexaniki olaraq infeksiyaların orqanizmə düşməsinə mane olur (viruslar seliyə yapışır). Lakin bu funksiyaları yerinə yetirmək üçün selikli qişalar nəm, yəni “selikli” olmalıdır.
Saglamolun.az bildirir ki, suyun lazım olan miqdarda istehlakı həmçinin orqanizmdən toksin və digər ziyanlı maddələri xaric etməyə yardım edir, maddələr mübadiləsini sürətləndirir, immun sisteminin fəaliyyətinə müsbət təsir edir.
Bir çox mütəxəssislər evdən çölə qayıdanda burun və ağız boşluğunu duzlu su ilə (1 l su + 1 ç.q. duz) yaxalamağı tövsiyə edirlər.
Nəfəs yollarını patogenlərdən qorumaq üçün yalnız burundan nəfəs almaq lazımdır. Burun nəsəsalması fiziolojidir. Ağız vasitəsi ilə nəfəs almaq orqanizmə virus və mikrobların düşməsi riskini artırır.
Siqaret çəkməkdən imtina edin. Siqaret çəkənlər koronavirusa görə risk qrupundadır. Məhz onlarda daha tez-tez atipik pnevmoniya və nəfəsalma pozulmaları inkişaf edir.
Karantin zamanı özünüzü təmiz havadan məhrum etməyin - tez-tez balkona çıxın, evi havalandırın.
Saglamolun.Az