Qadın pullarını dezinfeksiya etmək üçün mikrodalğalı sobaya salıb yandırdı

Araşdırmalar göstərir ki, kağız pulların (xüsusilə köhnə əskinazların) üzərində koronavirus uzun müddət ərzində qala bilir.

Bu səbəbdən mütəxəssislər pulla təmasdan sonra əlləri sabunla yumağı və ya spirtlə dezinfeksiya etməyi tövsiyyə edirlər. Sabun və su və həmçinin spirtli məhlullar koronavirusu asanlıqla məhv edir.

Təəssüf ki, koronavirusla bağlı qorxu və narahatçılıq insanları bəzən çox qəribə addımlar atmağa vadar edir. Belə ki, Moskvada yaşayan bir qadın kağız pulları koronavirusdan dezinfeksiya etmək üçün mikrodalğalı sobaya qoyub. Nəticədə pullar yanıb. Bunun səbəbi pulların üzərində olan nazik metal zolaq olub.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, adın yanmış pulları çəkib sosial şəbəkələrdə paylaşıb və bunu etməməyi tövsiyyə edib.

Bundan əvvəl də belə hadisə Çində baş verib. Orada da qadın kağız pulları mikrodalğalı sobanın köməyi ilə “təmizləmək” istədi və yandırdı.

Saglamolun.Az