Koronavirus epidemiyası zamanı pəhriz saxlamayın!

Yaz başlayandan bir çox qadınlar özünü “formaya salmaq” üçün pəhrizə oturur, bəziləri hətta günlərlə ac qalırlar.

Lakin hazırkı vəziyyətdə, koronavirusun tüğyan etdiyi dövrdə pəhrizlərdən imtina etmək lazımdır.

Koronavirusdan bizi qoruya biləcək heç bir dərman və ya vaksin yoxdur. Bütün dünyada həkimlər vurğulayır ki, belə vəziyyətdə biz yalnız immun sistemimizə güvənməliyik. Güclü immun sistemi bu virusa tab gətirə bilər.

Saglamolun.az bildirir ki, immunitetə ən ciddi zərbə vuran məhz pəhrizlər və xüsusilə aclıqdır. İmmunitetin normal işləməsi üçün ona zülal, vitamin və minerallar lazımdır. Zülaldan bizi o cümlədən viruslardan qoruyan immunoqlobulinlər sintez olunur, vitamin və minerallar isə (xüsusilə D, B12 vitaminləri, sink, selen) immun sistemini daha fəal və effektli işləməyə vadar edir.

Həmçinin ağciyərin virus xəstəliklərinə daha davamlı olması üçün bizə mütləq heyvani yağlar lazımdır – kərə yağı, pendir, kəsmik, xama.

Saglamolun.Az