EVDƏ QALanda orqanizmdə D vitaminini belə artırın. ÜSULLAR

D vitamini insanın immun sistemi üçün ən vacib vitaminlərdən biridir. Sübut olunub ki, məhz D vitamininin orqanizmdə normal səviyyədə olması infeksion və virus xəstəliklərinin riskini azaldır.

D vitamininin digər adı “günəş vitamini”dir. Bu vitamin gün şüaları təsirindən orqanizmdə sintez olunur.

Saglamolun.az bildirir ki, D vitamininin günlük dozasını təmin etmək üçün sadəcə 20 dəqiqə ərzində gün şüalarının altında qalmaq lazımdır. Bu zaman gün şüaları bütün bədənə düşməyə də bilər - əllər və üzünüz açıqdırsa bu kifayət edir.

Bəs karantində evdə qalanada koronavirus epidemiyası zamanı xüsusilə vacib olan bu vitamini necə alaq?

Çox sadə üsulla – balkona çıxıb gün şüalarını qəbul edin. Bunu gün ərzində bir neçə dəfə, xüsusilə səhər saatlarında edin.

Həmçinin qidalanmada D vitamini ilə zəngin ola qidaları artırmaq lazımdır. Bu qidalar arasında:

  • Yağlı balıq
  • Yumurta
  • Süd məhsulları (pendir, kərə yağı, kəsmik, xama və s.)

Həkimlə məsləhətləşdikdən sonra balıq yağını qəbul edə bilərsiniz.

D vitamininin analizlə sübut olunmuş (!) defisiti zamanı D vitamininin əlavə qəbulunu təyin edilə bilər. Bunu yalnız həkim etməlidir. D vitaminin orqanizmdə artıqlığı defisit qədər ziyanlıdır – böyrək daşı xəstəliyinə, damarların tutulmasına səbəb ola bilər.

 

Saglamolun.Az