Nobel mükafatı laureatı KORONAVİRUS pandemiyasının tez bitməsini proqnoz edib

Stenford Universitetində (ABŞ) çalışan kimya üzrə Nobel mükafatı laureatı alim Maykl Levittin fikrinə görə, koronavirus pandemiyası yaxın aylarda bitməlidir.

Saglamolun.az bildirir ki, bu haqda Los Angeles Times məlumat verib.

Tanınmış alim bundan əvvəl də Çin epidemiyası ilə bağlı çox dəqiq proqnoz verib. Belə ki, Levitt Çində başlayan epidemiyasının bitdiyi vaxtı və həmçinin virusa yoluxmuş və virusdan ölən insanların sayını proqnozlaşdırıb.

Hələ fevralda alim bəyan edib ki, virusdan 3250 insan öləcək, 80 minə yaxın  yoluxacaq. Çində epidemiya həqiqətən demək olar qurtarıb, ölənlərin sayı 3200, yoluxanların isə 81 min təşkil edib.

“Əsas məsələ təşvişi kontrol etməkdir”, - Levitt qeyd edib.

Yeri gəlmişkən bir çox tanınmış alimlər də pandemiyanın may-iyunda bitəcəyi haqqında fikirlərini söyləyib.

Alimlərin fikrinə görə, virus getdikcə zəifləyəcək və yox olacaq. Gələcəkdə koronavirus qrip və ya adi kəskin respirator infeksiyaları kimi müəyyən fəsillərdə özünü büruzə verə bilər.  

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...