Diqqət! Siqaret çəkənlər koronavirusu daha ağır keçirir

Harvard Universitetinin (ABŞ) alimləri koronavirus infeksiyasının statistik məlumatlarını analiz etdikdən sonra belə nəticəyə gəliblər ki, siqaret çəkən insanlarda koronavirus daha ağır keçir.

Siqaret çəkənlərdə bu vərdişi olmayanlarla müqayisədə ağciyərin süni ventilyasiyasını tələb edən ağır pozulmaların riski 2,4 dəfə daha çoxdur. Həmçinin statistikaya görə siqaret çəkənlər koronavirus pnevmoniyasından daha tez-tez ölür.  

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, alimlərin sözlərinə görə, bunların səbəbi siqaret çəkən insanların əksəriyyətində xroniki ağciyər xəstəliklərinin olmasıdır.

Beləliklə, bu pis vərdişi koronavirus zamanı fəsadların inkişafının əlavə risk faktoru hesab etmək olar.

Mütəxəssislər siqaretdən imtina etməyi çağırır.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...