Uşaqlar koronavirusa yoluxurmu?

Qriplə müqayisədə koronavirus uşaqlara daha az toxunur. Qripə görə uşaqlar əsas risk qrupuna aiddir.

Qripdən sonra uşaqlarda tez-tez pnevmoniya, otit və bir çox digər ağırlaşmalar inkişaf edir. Koronavirusla vəziyyət tam fərqlidir.  

ÜST-in məlumatlarına görə, koronavirusdan 3%-ə yaxın insan ölür. “Uşaqlar və cavanlar arasında ölüm halları qeydə alınmır. Yaş artdıqca ölüm halları artır. 80 yaşdan yuxarı insanlar arasında ölüm halları 14% təşkil edir” – bunu ÜST-in Rusiyada nümayəndəsi Melita Vuynoviç bəyan edib.

Saglamolun.az bildirir ki, Melita Vuynoviçin sözlərinə görə, uşaqlarda koronavirus yüngül formada keçir, soyuqdəyməyə bənzəyir.

Uşaq və böyüklərdə koronavirusun simptomları fərqlidir. Uşaqlarda koronavirus özünü boğaz ağrısı, öskürək və burun tutulması kimi simptomlara büruzə verir. Uşaqlarda baş və əzələ ağrıları olmur, pnevmoniya inkişaf etmir.

MedicalXpress jurnalı xəbər verir ki, bir çox koronavirusa yoluxmuş uşaqlarda bu virus özünü heç bir xarakterik simptomla büruzə verməsə də onlar virusun gizli daşıyıcısı olur və bu da çox təhlükəlidir. Məhz bu səbəbdən mütəxəssislər uşaqları epidemiya zamanı yaşlı nənə və babalardan uzaq tutmağı tövsiyyə edirlər.  

Saglamolun.Az