17 May Hipertoniya ilə Ümumdünya Mübarizə günü

2006-cı ildə 17 may günü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən arterial hipertoniya ilə mübarizə günü elan edilmişdir və bütün dünyada qeyd edilir.

Bu günün qeyd edilməsində məqsəd əhalini arterial hipertoniyaya qarşı profilaktik tədbirlərə, həmçinin bu xəstəliyin diaqnostikasına və müalicəsinə dair məlumatlandırmaqdan ibarətdir. Hamıya məlumdur ki, arterial hipertoniya infarkt, insult və görmə qabiliyyətinin itirilməsi kimi halların ən çox rast gəlinən səbəblərindəndir. Bütün dünyada arterial hipertoniyadan əziyyət çəkən 1,5 milyard insanın olduğu müəyyən edilmişdir və ən vacibi də odur ki, onların demək olar ki, yarısı öz xəstəliyindən xəbərdar deyil. Ona görə arterial hipertoniya ilə ümumdünya mübarizə gününün əsas mövzusu belədir: «Öz arterial təzyiq göstəricilərini bilin!».

 Bu gün təzyiqin pulsuz ölçülməsi aksiyaları keçirilir. Məqsəd ondan ibarətdir ki, daha çox insan öz AT göstəricilərini öyrənsin və həm özünün, həm də yaxınlarının təzyiqini ölçə bilsin. İnsanlar bunun nə üçün vacib olduğunu başa düşməli və arterial təzyiqə müntəzəm şəkildə nəzarət etmək vərdişinə yiyələnməlidirlər.

“Gedeon Richter”, Şərqi və Mərkəzi Avropada ən iri dərman istehsalçısı olan əczaçılıq və biotexnologiya şirkəti, belə tədbirlərdə iştirak etməyi özünün sosial məsuliyyəti hesab edir. Ona görə də, “Gedeon Richter” Azərbaycandakı nümayəndəliyi bu gün Bakı şəhərinin apteklərində bütün arzu edən şəxslərin təzyiqini ölçməklə və onlara arterial hipertoniyanın simptomlarına, profilaktika və müalicə metodlarına dair məlumat verməklə, analoji aksiya keçirir. 

Aksiyanın məqsədi yüksək arterial təzyiqin miokard infarktı, beyin insultu və böyrək çatışmazlığı kimi xəstəliklərin yaranmasına təkan verən risk faktoru olduğunu insanlara çatdırmaqdır.


Saglamolun.Az




loading...

Не дай себе ослепнуть! Полезные советы от офтальмолога

 


Яндекс.Метрика