İntihara cəhd kişiyə baha başa gəldi. 93 min dollar ödəyəcək

ABŞ-da həkimlər intihara cəhd edən Oliver Jordan adlı kişinin həyatını xilas edə biliblər. Həkimlərin səyləri nəticəsində kişi 8 gün koma vəziyyətində qaldıqdan sonra özünə gəldi.

Xəstəxanadan çıxanda Oliver 93 min dorrarlıq hesab alıb. Həkimlər Jordanın "xilas"ını məhz belə qiymətləndiriblər. Bu məbləğə 6 min dollarlıq dərmanlar, 10 min dollarlıq xəstəxanada qalmaq xərci və həmçinin həkimlərin iş haqqı daxil idi. Oliver bu məbləğın bir hissəsini sığorta hesabına ödəyə bilsə də, bundan sonra da onun xəstəxanaya xeyli borcu qalıb.

Saglamolun.az xəbər verir ki, bu hadisə haqqında New York Post nəşri yazıb. Oliver müxbirlərlə söhbətdə "ABŞ-da intiharın çox baha başa gəldiyini" sarkazmla qeyd edib.

Bu hadisə ABŞ-da çox böyük rezonans doğurub. İnsanları xəstəxananın Oliverə təqdim etdiyi hesab şoka salıb. Məlum olub ki, ABŞ-da təcili yardım şöbəsinə müraciət etmək orta hesabla 2 min dollara yaxın qiymətləndirilir.    

Saglamolun.Az





loading...

QADINLARIN ORTAQ DƏRDİ - MASTOPATİYA...

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Pərvanə Mahmudova

Pərvanə Mahmudova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 15 il

Ətraflı...

 


Яндекс.Метрика