Appendisit tutmasına rəğmən 9 əməliyyat icra edib. Fədakar cərrah - Video

 

Çində dövlət xəstəxanalarının birində işləyən cərrah Lyan Futsun səhər saatlarında qarında ağrı hiss edib.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, cərrah ağrıkəsici preparatları qəbul edib və işə başlayıb. Axşama qədər dözülməz ağrılara baxmayaraq həkim 9 əməliyyat icra edib. Yalnız axşam məlum olub ki, cərrahın vəziyyəti çox ağırdır, qarın boşluğunda irinli prosess başlayıb və iltihablaşmış appendiks elə bu saat partlaya bilər.

Cərrah təcili əməliyyata götürülüb.

Əməliyyatlarların videolarında görünür ki, tibb bacısı elə əməliyyat masasının yanında cərraha ağrıkəsici iynə vurur. Lakin 3-cu əməliyyatdan sonra dərman da artıq kömək etmir və güclü ağrılardan əziyyət çəkən həkim cərrahiyyə masasından bir anlıq geri çəkilir və ağrıdan aşağı əyilir.

Daha sonra o, yenə iynə vurdurur və işini davam edir.

Fədakar cərrah öz davranışını sonra belə izah edib: "Bir gün əvvəl xəstəxanada işıqlar sönüb və bu səbəbdən həmin gün əməliyyatlar keçirilmirdi. Xəstələr və onların yaxınlarının yanında özümü günahkar hiss etdiyimdən əməliyyatları daha da təxirə sala bilməzdim".

Saglamolun.Az