Amerikada aparılan bir araşdırma zamanı qadınlardan yumurtalıq xərçənginin yaranmasında atadan gələn X xromosomunun fəal rol oynadığı müəyyənləşib.
Ailem.az xarici mediaya istinadən xəbər verir ki, “Rosvell Park” Xərçəng İnstitutunda çalışan Kevin Eng 3 min qadının genetik zəncirini araşdırıb. Araşdırma nəticəsində genetik yolla keçən bəzi xəstəliklərin atanın DNT-sindən qaynaqlandığı müşahidə olunub. Bu xəstəliklər arasında yumurtalıq xərçəngi də var.
Aparılan araşdırmada yumurtalıq xərçəngi riski daşıyan bəzi qadınların analarında xərçəngə yol açan genlərin olmadığı müəyyən edilib. Xərçəngə atadan gələn X xromosomundakı maFEC3 geninin yol açdığı məlum olub.
Araşdırmanın nəticəsinə görə, atadan keçən bu gen araşdırılaraq, xərçəng müalicəsində erkən addım atıla bilər.
Saglamolun.Az