Spirtli içkinin yeni təhlükəsi aşkarlandı

Kanadanın Psixiki Sağlamlıq Tədqiqat İnstitutunun alimləri mütəmadi spirtli içki qəbulunun insanlarda hər növ demensiyanın inkişafı riskini artırdığını ortaya çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Medical Xpress” məlumat yayıb.

Tədqiqat qrupu Fransada qeydə alınan 60 minə yaxın erkən demensiya halını təhlil edib. Məlum olub ki, xəstəliklərin 57 faizi spirtli içki alüdəçiliyi ilə bağlı olub. Söhbət kişilərin gündəlik olaraq azı 60 qram, qadınların isə 40 qram spirtli içki qəbul etməsindən gedir.

Qeyd olunur ki, qarşılıqlı əlaqə kifayət qədər yüksəkdir və xroniki alkoqolizm gənc yaşda demensiya formalaşmasının əsas səbəblərindəndir.

Alimlərin sözlərinə görə, spirtli içkinin mütəmadi olaraq qəbulu insan ömrünü azı 20 il azaldır.

Belə ki, demensiyadan əziyyət çəkən xəstələr arasında ölüm halları yüksək olur. Kişilərlə müqayisədə demensiyaya daha çox qadınlar tutulsa da, koqnitiv pozuntuların erkən formalarından daha çox kişilər əziyyət çəkir.

Xroniki alkoqolizm, eyni zamanda, demensiyanın formalaşmasına təsir edən digər faktorlar, məsələn, tütün, qan təzyiqi, diabet, depressiya və eşitmə qabiliyyətinin itirilməsi ilə qarşılıqlı əlaqəlidir.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика