Загрузка...

Bu xəbər bitki yağlarının faydası ilə bağlı məlumatları alt-üst edir

ABŞ səhiyyəsinin araşdırması bitki yağlarının faydası ilə bağlı məlumatları alt-üst edir.

Trend.az bildirir ki, xolesterolu azaltdığı deyilən bitki yağlarının əksinə, piylənmə yaradaraq, ürək-damar sistemi xəstəlikləri, şəkər və xərçəng xəstəliyinə səbəb olduğu ortaya çıxıb.

Araşdırma göstərib ki, günəbaxan, kətan toxumu yağı, qarğıdalı və digər bitki yağları 20 dəqiqədən çox qızardıldıqda tərkibindəki zəhərli aldehidlər 20 dəfəyə qədər artır. Bu isə yüksək dərəcəli xərçəng riskinin olduğuna işarədir. Doymuş yağlar qrupuna aid bitki yağları qandakı xolesterol miqdarını artıraraq, ürək xəstəliklərində önəmli risk faktoru hesab olunur.

Zeytun yağı isə doymamış yağlar qrupuna aiddir və ürək, qan-damar sağlamlığı üçün faydalıdır. Məhz bu səbəbdən ekspertlər zeytun yağına üstünlük verməyi məsləhət görürlər.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика