Загрузка...

Yeni saat infarkt risklərini azaldacaq

"Əpl" şirkətinin istehsal etdiyi "ağıllı saat" (Smart Watch) artıq tam təkmilləşdirilmiş sağlamlıq cihazı funksiyasını yerinə yetirəcək.

Publika.az xəbər verir ki, Amerikanın nəhəng texnologiya şirkətlərindən olan "Əpl" bu ilin sentyabr ayından etibarən Stanford Universiteti ilə əməkdaşlıq edir. Şirkət mühəndisləri və tibb işçilərinin birgə layihəsi olaraq "Apple Heart Watch"( Ürək saatı) cihazı hazırlayıb.

Belə ki, saat elektrokardioqrama (EKG), təzyiq ölçən və ürək fəaliyyətinə nəzarət edən bir sıra cihazların funksiyalarını özündə birləşdirir. Hələ ki, saatın müxtəlif sınaq testləri keçirilir.

"Ürək saatı" xüsusilə ürəyində ciddi problemlər yaşayan insanlar üçün nəzərdə tutulub. Saat ani dəyişimlər haqqında sahibinə siqnal ötürəcək və xəstə dərhal yaxınlıqda olan tibb məntəqəsinə gedərək yoxlanışa girəcək. Həkimlərin sözlərinə görə, bu ani baş verən infarkt risklərini azaltmağa kömək edə biləcək.

Layihənin 2018-ci ildə tamamlanacağı gözlənilir.



Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика