Həkimlərin səhvi nəticəsində 11 insan kor qalıb

Keçən həftə Rusiya Federasiyasının tanınmış Q.Qelmqols adına Elmi-təqdidat institutunda fövqəladə hadisə baş verib.

"Avastin" adlı dərmanın inyeksiyasından sonra ambulator müalicə alan 11 xəstə kor olub.

Medportal saytının məlumatına görə, hal hazırda bütün xəstələr əməliyyat olunub. Lakin ekspertlərin fikirinə görə, xəstələrin görmə qabiliyyətini bərpa etmək mümkün olmayacaq. Ən yaxşı halda görmənin 1-2% qalacaq.

Avastin preparatı əslində bağırsaq xərçənginin müalicəsində istifadə olunur və oftalmologiyada istifadə etmək üçün nəzərdə tutulmur.

Qelmqols adında institutunda bu preparatı eksperiment məqsədi ilə bəzi göz xəstəliklərinin müalicəsində istifadə etməyə başlayıblar. Lakin eksperiment çox acınacaqlı nəticələr verib.

Hal hazırda bu hadisə ilə bağlı araşdırmalar aparılır.

Saglamolun.Az