16 il komada olan qız oyanıb

11 may 2000-ci ildə 6-yaşlı Polşa sakini Aleksandra Yançarska komaya düşüb və cari ilin avqust ayında komadan çıxıb.

Xarici mətbuatın məlumatına əsasən, hal hazırda 22-yaşlı qız ətrafda olanlara reaksiya verir və sevinc, kədər və s. hissləri ifadə edir.

Gənc qıza uzunmüddətli reabilitasiya tələb olunur. Qız yenidən gəzməyə və danışmağa öyrənməlidir.

Polşa və Yaponiya həkimlərinin birgə fəaliyyəti gənc qızı komadan çıxartmağa imkan verib. Yaponiya alimləri komada olan insanların müalicəsi üçün yeni metodika hazırlayıblar. Xəstənin onurğasının boyun hissəsinə elektrodlar implantasiya olunur. Xəstənin beyini elektrik cərəyanı vasitəsilə stimulyasiya olunur, beyində qan dövranı yaxşılaşır.

Bu metodika 2016-cı ildə 6 komada olan xəstəyə tətbiq olunub və artıq 2-ci xəstə komadan çıxıb.

Saglamolun.Az