Bu böyrək düz 101 il işləyir

Daily Mail xəbər verir ki, Syu Vestxed adlı britaniyalı qadının bədənində dünyada ən "yaşlı" köçürülmüş böyrək işləyir.

1970-ci ildə bu qadında böyrəklərin ağır xəstəliyi aşkar olunub. Qadının böyrəkləri, demək olar, fəaliyyətdən qalıb. Onun vəziyyəti çox ağır idi. Həkimlər transplantasiyaya qərar veriblər. Donor Syunun anası olub. O zaman ananın 57 yaşı var idi.

Transplantasiyadan sonra həkimlər ailəyə xəbər veriblər ki, köçürülmüş böyrək ən yaxşı halda 20 il işləyəcək. Daha sonra isə təkrar transplantasiya tələb olunacaq. Lakin artıq 44 il keçib və böyrək tam normal işləyir. Hal hazırda Syunun 68 yaşı, onun köçürülmüş böyrəyinin isə 101 yaşı var.

Saglamolun.Az